31 Mart- Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib
İsmayıllıda “Soyqırım” abidəsinin önündə rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat rəhbərlərinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
Əvvəlcə abidənin qarşısına çiçəklər düzülüb, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı cinayətlərindən 104 il keçdiyini və ermənilərin xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi soyqırımın nəticəsinin yalniz minlərlə insan ölümüylə deyil, həm də bu soyqırımın tarixi abidələrimizə, mədəniyyətimizə, milli-dini dəyərlərimizə qarşı yönəldiyini qeyd ediblər.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqrımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib” və 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu iştiraşçıların diqqətinə çatdırılıb.
Həmçinin vurğulanıb ki, 1918-ci il mart soyqırımı zamanı Azərbaycanın digər bölgələrində olduğu kimi İsmayıllının Şamaxı qəzasına daxil olan Tircan, Mücü, Bizlan, Tağlabiyan, Sulut, Xankəndi, Kürdüvan, Zeyvə, Qıçatan, Sərdahar, Zərnava, Hacıhətəmli, Mollaisaqlı kəndlərində də kütləvi qırğınlar baş verib.
Tədbirdə çıxış edən şəhid anası bildirilib ki, Azərbaycan xalqı 44 günlük haqq mübarizəsi - Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanının rəhbərliyi, qəhrəman Ordusunun rəşadəti sayəsində tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib, Qarabağı erməni işğalından qurtarıb. Şəhid anası tədbir iştirakçılarını ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətləri unutmamağa çağırıb.