İsmayıllıda payızlıq taxıllarda becərmə işlərinin vəziyyəti və yazlıq səpinlərin gedişi ilə bağlı iclas keçirilib
Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə payızlıq taxıllarda becərmə işlərinin vəziyyəti və yazlıq səpinlərin gedişi ilə bağlı iclas keçirilib.
İsmayıllı rayon İcra Hakimiyyətində baş tutan iclasda ARKTN-nin aparat rəhbəri Rəfail Quliyev, Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak edib.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov açaraq rayonun aqrar sektorunun hazırki vəziyyəti ilə bağlı qısa məlumat verib.
Aparat rəhbəri Rəfail Quliyev dünyada baş verən hadisələrin aqrar sektora bilavasitə təsirindən, ərzaqlıq buğdanın qiymət artımından danışaraq baş verənlərin Azərbaycana təsirinin minimuma endirilməsi üçün payızlıq taxıl əkinlərinə qulluq zamanı aqrotexniki tədbirlərin düzgün və vaxtında yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Eləcə də, ərzaq bolluğuna nail olmaq üçün yazlıq səpinlərin optimal müddətdə başa çatdırılmasının, suvarma suyundan düzgün istifadənin və dərmanlama prosesinin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bundan başqa fermerlərin səsləndirdiyi problemlərlə bağlı suallar cavablandırılıb.