“Narkomaniya və erkən nigaha yox deyirik”
20 dekabr 2013-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti Dövlət Humanitar və Texnologiyalar kolleci ilə birgə “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda seminar keçirmişdir. 180 nəfər iştirakçının əsas hissəsi kollecin tələbləri olmuşdur.
Seminarı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova demişdir:
Hörmətli tədbir iştirakçıları!
Hüquqi dövlətimiz möhkəmləndikcə, vətəndaş cəmiyyətinin formalaşması sürətləndikcə bir sıra ciddi problemlər də daha qabarıq formada üzə çıxır. Vətəndaş dövlət münasibətlərindən yaranan problemləri Azərbaycan dövləti və hökuməti böyük müvəffəqiyyətlə həll edir. Vətəndaşlar tərəfindən qanun pozuntularına əsaslanaraq yaradılan, süni surətdə ortaya çıxarılan problemlər, çətinliklər, cinayət səviyyəsinə çatdırılan əməllər cəmiyyətimiz üçün daha təhlükəlidir. Odur ki, hüquq mühafizə orqanları, icra strukturları belə hallara qarşı çox kəskin mübarizə aparır. Bütün cəmiyyət də hüquqi dövlət tərəfindən rədd edilən qanun pozuntularına, zərərli vərdişlərə, cinayətkarlığa, hər cür haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə səfərbər edilir. Bu gün Rayon İcra Hakimiyyəti Dövlət Humanitar və Texnologiyalar Kolleci ilə birgə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda tədbir keçirməyi də məhz bu zərurətə əsaslanaraq qərara almışdır.
Söhbət hüquqi mövzudadır. Məhz niyə geniş miqyasda ilk tədbirimiz kollecdə keçirilir?
Biz ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ürəkdən minnətdarıq. O İsmayıllıya, ismayıllılara böyük dəyər verərək kollecin açılmasına razılıq verdi.
Kollecdə Azərbaycanın coğrafiyası əks olunmuşdur. Əksər rayonlardan burada tələbələr oxuyur. Hüquqi, ideoloji, siyasi, milli-mənəvi, iqtisadi, sosial mövzulu tədbirlərə burada daha çox ehtiyac vardır.
Bu gün narkomaniya, erkən nikah və onların törətdiyi fəsadlar barədə söhbət gedəcəkdir.
Sonra Rayon Məhkəməsinin hakimi Azad Əliyev “Erkən nikaha yox deyək”, RİH hüquq şöbəsinin müdiri Valeh Hüseynov “Narkomaniya cəmiyyətimizin bəlasıdır ” mövzusunda məruzə etmişlər.
Rayon Prokuroru Rahib Seyidov, Kollecin direktoru, iqtisad elmlər doktoru Rəsul Balayev, Rayon Polis şöbəsinin rəisi Nizami Qocayev və Rayon Mərkəzi xəstəxanasının baş həkimi Aftandil Rəhimov çıxış etmişlər.
Seminar tələbələrin çoxsaylı suallarına verilən cavablar əsasında dialoq formasında başa çatmışdır.