Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İsmayıllı şəhərində vətəndaşları qəbul edib

15 aprel 2022 | 16:00

Aprelin 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.

İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər