Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ilk Yeni il tədbiri

26 dekabr 2013 | 16:00

Dekabrın 25-də rayonun Gənclər Mərkəzində hərəkət imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə təntənəli ədəbi-bədii tədbir keçirildi.
     Bayram əhval-ruhiyyəsində xüsusi tərtibatla bəzədilmiş zala 350 nəfərdən çox  bağça və məktəb yaşlı uşaq cəlb edilmişdi.
    Həmçinin tədbirdə uşaqların valideynləri, müəllim və tərbiyəçilər iştirak edirdilər.
      Musiqili-əyləncəli proqramla başlayan və davam etdirilən tədbirdə RİH başçısının müavini S.Əhmədova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru L.Əliyeva, RMTŞ-nın müdiri A.Abbasov, Rayon Uşaq Poliklinikasının müdiri V.Rəhimov, TİAHİ RK-nin sədri H.Kərimov çıxış edərək uşaqları təbrik etdilər. Xüsusi qayğıya ehtiyacı olan  uşaqların daim dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdılar.
         Rayon İncəsənət məktəbi şagirdlərinin, şəhər 1, 2, 3 saylı uşaq bağçasından gələnlərin ifa etdikləri mahnı və rəqslər, səhnəciklər, Şaxta baba, Qar qız və məzhəkəçilərin çıxışları kiçik yaşlı tamaşaçıların alqışları ilə qarşılandı. Uşaqlar yolka ətrafında  mahnı və şeirlər ifa etdilər
      Bütün uşaqlara hədiyyə verildi. İştirakçılardan 40 uşaq “FİNCA Azerbaijan”ın İsmayıllı filianına dəvət olundu. Onlara hədiyyə verildi. Ehtiyacı olan heç bir uşaq qayğıdan kənarda qalmadı.

Keçidlər