Yeni uşaq bağçasının tikintisinə başlanmışdır
İsmayıllının Sumağallı kəndi təbiətin gözəl bir guşəsində yerləşir. Burada yaşayanların sosial problemlərinin həlli üçün ardıcıl tədbirlər həyata keçirilir. Mövcud uşaq bağçası da bu qayğını gözləyirdi. Gözləməyə artıq son qoyulub.
Bu günlərdə Sumağallıda 40 yerlik, müasir təlim və tərbiyənin bütün tədbirlərinə cavab verəcək uşaq bağçasının tikintisinə başlanmışdır. İnşaat işlərini “Aqrartikinti” ASC-nin İsmayıllı filialı aparır. Obyektin istifadəyə verilməsi 2014-cü ilin birinci yarısında nəzərdə tutulur.
Sumağallı sakinləri uşaq bağçasının tikintisini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hədiyyəsi olaraq minnətdarlıqla qəbul edirlər.