Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Kollecin ilk Yeni il şənliyi

30 dekabr 2013 | 16:00

İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilir. Bu gün-29 dekabr 2013-cü il tarixdə bayramlar sevincini birgə yaşamaq növbəsi İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə çatdı. 250 nəfər tələbə, müəllim və qonağın qatıldığı tədbir çox yüksək səviyyədə keçdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, kollecin direktoru, iqtisad elimləri doktoru Rəsul Balayev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tələbələri bayramlar münasibəti ilə təbrik etdilər, onlara təhsildə, ictimai həyatda uğurlar arzuladılar. Gənclər və İdman İdarəsi viktorınanın suallarına düzgün cavab verən iştirakçıları mükafatlandırdı.
Oynaq musiqi nömrələri, şən rəqslər, həzin mahnılar tələbələrin bayram tədbirinin bəzəyi oldu.
Rayon mədəniyyət və turizm şöbəsinin musiqiçiləri çalışdılar ki, yeni kollecin tələbələrinin ilk tədbiri daha şən keçsin. Mahnı ifasında, rəqslərdə tələbələr daha fəal idilər.

Keçidlər