Şriftin ölçüsü :

Saytın rəngi :

Qalınçaqdakı qəbulda böyük ruh yüksəkliyi

14 yanvar 2014 | 16:00

Yaxın vaxtlara qədər Qalınçaq kəndi öz problemləri ilə baş-başa qalmışdı. Bir neçə  ay bundan əvvəl  Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  burada qəbul keçirərkən şikayətlər çox oldu: - Məktəb binası müasir tələblərə cavab vermir, həkim məntəqəsi darısqal bir otaqda yerləşir, mədəniyyət evinin oturacaqları yoxdur, yolar qarda və yağışda keçilməz olur. Enerji və su təchizatının yaxşılaşdırılmasına çox ciddi ehtiyac vardır. Uşaqlar bağça mərhələsindən keçmədən birinci sinfə gəlirlər
Qaldırılan problemlərin həll olunacağı barədə Rayon İcra Hakimiyyəti başçısının vədləri çox tezliklə reallığa çevrilməyə başladı.
13 yanvar 2014-cü ildə Rayon İcra Hakimiyyəti  başçısı M.Sadıqov yenidən Qalınçaqda əhalini qəbul etdi. Ruşan, Mücühəftəran və Göytəpə kəndlərindən  də sakinlər buraya  gəlmişdilər. Onları bir araya gətirən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Göytəpə-Qalınçaq-Ruşan yolunun çəkilməsi üçün  vəsait ayrılması barədə verdiyi Sərəncam idi.
Başçı problemləri öyrənənə qədər sakinlər keçən qəbuldan sonra görülən  işlərdən fəallıqla danışmağa başladılar. Kəndin girəcəyində orijinal layihə ilə 378 yerlik məktəb binasında inşaat işləri sürətlə və keyfiyyətlə gedir. Elektrik xətlərində təmir aparılıb.  Yeni su xətti çəkilir. Tam orta məktəb yeni binaya köçdükdən sonra mövcud binada uşaq bağçası açılacaq. Yeni bina tikilənədək  buradakı binalardan birində hər cür şəraiti olan həkim məntəqəsi açılacaq.
Mədəniyyət evi yeni-müasir mebellə, inventar avadanlıqla təmin olunub. Göytəpədən başlanıb Qalınçaqdan keçən yol 1981-ci il dekabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyevin  səfər etdiyi  Ruşana çatacaq.  Bütün bunlar barədə 90 yaşlı  veteran müəllim Allahverən Vəliyev, Ruşan kənd sakini İnqilab  Məmmədov, veteran mühəndis Mirzə Qədirov, məktəb direktoru Xalid Seyidov, Qalınçaq kənd sakini  Kamal İbadov və çoxsaylı digər iştirakçılar cənab Prezident İlham Əliyevə minnətdar olaraq ruh yüksəkliyi ilə danışdılar. Onlar təmsil etdikləri qrupların, sahələrin, kəndlərin adından sevinclərini bildirdilər. Sakinlərin çıxışlarından duyulurdu ki, Azərbaycan kimi ölkənin vətəndaşı, İsmayıllının sakini olmaqdan şərəf duyurlar.
Sonda bir neçə nəfər sakin də onu narahat edən bəzi məsələlərdən danışdı. Bu məsələlər də  böyük  həssaslıqla  dinlənildi və həlli  üçün tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov əhalini fəallığa, torpaqlardan  səmərəli istifadəyə, təhsilə, xüsusilə şagirdlərin ali təhsilə hazırlanmasına diqqət yetirməyə, özəl iş qurmağa, kənd təsərrüfatı sahəsində özəl müəssisələr yaratmağa  çağırdı.
  Qəbul keçirən də, qəbula gələnlər də bir daha yəqin etdilər ki, dövlət hər bir məsələdə hər bir vətəndaşın yanındadır.

Keçidlər