Şriftin ölçüsü :

Saytın rəngi :

Problemlərin həlli başlıca məqsəddir

23 yanvar 2013 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun yerlərdə əhali ilə keçirdiyi səyyar görüş-qəbullar artıq ənənə halını almışdır. Başçının 23 yanvar 2013-cü il tarixdəki qəbulu şəhərə birləşdirilmiş ərazidə, 6 saylı tam orta məktəbdə oldu.
Qəbul elan olunduğu vaxtda başladı. Qarabağ müharibəsinin birinci qrup əlilləri Nemət Yalçın və Vüsal İsmayılov onlar üçün hazırlanmış protezlərin istifadə müddətinin başa çatmasını bildirdilər, yeni protezlərin hazırlanmasında onlara lazımi köməkliyin göstərilməsini xahiş etdilər.
Qarabağ müharibəsi veteranı Cavid Baxışov şəhər ərazisində torpaq almaq arzusunda olduğunu bildirdi və oğlunun müvafiq işlə təmin olunmasını diqqətə çatdırdı. Digər şəhər sakini Fuad Babayev şəhərin yaşayış məntəqəsindən fərdi ev tikmək üçün ona torpaq sahəsinin verilməsindən, sosial yardım almaqda ona kömək olunmasını xahiş etdi. Qahir Seyfalıyev isə islahat vaxtında şəhid qardaşınin adına torpaq payı verilməməsindən şikayətləndi.
Hacıhətəmli kənd sakini İdris Kərimov yararsız halda aldığı və işlək vəziyyətə gətirdiyi kənd təsərrüfatı texnikası üçün tələb olunan sənədlərin hazırlanmasında problemlərlə üzləşməsindən danışdı. Kənddə yanğın təhlükəsisliyi ilə bağlı görmək istədiyi işlər barəsində açıqlama etdi.
Kürdmaşı kənd sakini Arif Qənbərov icarəyə götürdüyü tarpaq sahəsi ətrafında cərəyan edən mübahisələrdən, bu mübahisələrin çözülməsində ona hüquqi qaydada köməklik göstərilməsindən söz açdı.
Vəng kəndinin qəbula gələn sakini Novruz Əsədov kənddə su qıtlığından və kəndə çəkilmiş xu xəttinə yersiz müdaxilələrdən, suyun qənaətbəxş halda paylanmamasından şikayətləndi. O həmçinin kəndin içindəki elektrik dirəklərinin tamamilə çürüyüb sıradan çıxmasından danışdı.
Məcburi köçkün Fərman Toroyev sənədsiz istifadə etdiyi torpaqda göy-göyərti yetişdirməsindən danışdı, həmin sahədən istifadə olunmasında ona şərait yaradılmasını xahiş etdi.
Vaxtı ilə İsmayıllı kənd bələdiyyəsindən torpaq sahəsi almış Gülayə Mirzəyeva lazım olan sənədlər ala bilməməsini dilə gətirdi və bu istiqamətdə ona köməklik göstərilməsini xahiş etdi. Şəhər sakini Turə Salmanova isə ailədaxili problemlərin həllində hüquqi köməyə ehtiyacı olduğunu bildirdi.
Diyallı kənd sakini Hikmət Əhmədov ailəsinin böyük olmasından, iki oğlu ilə bərabər idman sahəsində qazandığı uğurlardan danışdı. Övladları ilə bərabər pəhləvanlar kimi tanınmasını qeyd etməklə o, ailələrinə gəlir gətirə biləcək proqramlarının təşkilinə dəstək verilməsinə ehtiyac duyduğunu bildirdi.
Qəbula gələn Ədalət Fərzəliyev qızının böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirdi, əlaqədar təşkilatlardan ailəsinə maddi və mənəvi dəstək olunmasını xahiş etdi.
Şəhər sakini Səkinə Balayeva həyat yoldaşının xəstə olmasını, ailənin çətin dolandığını bildirdi, ona sosial yardım edilməsində köməklik göstərilməsinin vacibliyini söylədi və xahiş etdi ki, əlaqədar təşkilatlar bu sahədə ondan köməkliklərini əsirgəməsinlər. Şəhərin Füzuli küçəsində yaşayan Şəfəq Soltanova imkansızlıqdan kommunal ödənişləri verə bilmədiyini və maddi köməkliyə ehtiyacı olduğunu açıqladı.
Diyallı kənd sakini Qətibə Qəhrəmanova kəndin ərazisində məskunlaşmış, qohumunun yaşayış üçün şəraitinin acınacaqlı olmasında yağmurlu havalarda ailənin çətinliklərlə üzləşməsindən danışdı və problemin həllində bu ailəyə koməkjlik olunmasını dilə gətirdi. İsmayıllı şəhər sakini Əzizxanım Həsənova oğlunun ailə vəziyyətinin ağırlığından soz açdı, ona sosial yardım almaqda köməklik göstərilməsini xahiş etdi. Kəlfərəc kəndindən gəlmiş Elşən Quliyev isə xəstəliyi səbəbindən oğlunun Tağlabiyan kənd məktəbinə gedib-gələ bilməməsini, buna görə də rayon mərkəzində torpaq sahəsi və ya evlə təmin olunması istəyini diqqətə çatdırdı.
Qəbulun şəhər 6 saylı tam orta məktəbində keçirilməsi fürsətindən istifadə edən müəllim Hacıməmməd Məmmədov bu məktəbin tarixindən, son illərdə əldə olunan təhsil uğurlarından danışdı. Məktəbin fəaliyyətinə, pedaqoji kollektivin həsr etdiyi “Ziya ocağı” kitabını başçıya təqdim etdi. H.Məmmədov sonda məktəb binasının əsaslı təmirə, 6 əlavə sinif otağının tikilməsinə ehtiyac olduğunu bildirdi.
Şəhər sakini Ağasəlim Məhərrəmov nəvəsinin ağır xəstə olmasından danışdı və müalicə üçün ailənin maddi köməkliyə ehtiyacı olduğunu vurğuladı. Vəng kənd sakini Novruz Əkbərov kənd yolunun pis vəziyyətdə olmasını, kəndə çəkilmiş su xəttinin camaatı su ilə təmin edə bilməməsini söylədi.
Şəhər 6 saylı tam orta məktəbində müəllim işləyən Feyruz Abdullayev oğlunun adına İsmayıllı kənd bələdiyyəsindən torpaq aldığını, lakin torpaq sahəsinin və üzərində inşa etdiyi müvəqqəti tikilini sənədləşdirə bilməməsini, bu işdə köməyə ehtiyacı olduğunu qeyd etdi.
Qəbula gəlmiş Həbib Yusifov şəhərə daxil olunmuş ərazidə, bir neçə ailənin qazdan istifadə etməkdə çətinliklərlə üzləşməsindən danışdı, həmçinin orada işıq dirəklərinin tam yararsız olmasından söz açdı. Şəhər sakini İlham Həmzə yaşadığı məhəllədə elektrik transformatorunun aşağı gücdə olmasından, su, kanalizasiya çəkilişi ilə bağlı küçələrin gediş-gəliş üçün tamamilə yararsız hala salınmasından gileyləndi.
Lahıc qəsəbəsində qeydiyyatda olan, müəyyən səbəblərdən rayondakı müəssisələrdən birinin binasında sığınacaq tapan Vəsilə Allahyarova sərbəst yaşayış üçün ona vaqon, vaqonun yerləşdirilməsi üçün 2 sot torpaq sahəsinin verilməsini və xəstə uşağının pensiyaya çıxarılmasında köməklik olunmasını xahiş etdi.
Qəbula gələnlərin hər biri diqqətlə dinlənildi. Bir böyük həqiqət vardır ki, anlaşma dinləmədən doğulur. Əminik ki, bu qəbulda qaldırılan problemlərin əksəriyyəti öz həllini tapacaqdır.
Sonda RİH başçısı N.Ələkbərov qaldırılan məsələlərlə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar verdi. O, ümidvar olduğunu bildirdi ki, təkrar görüşlər zamanı vətəndaşlar problemlərdən deyil, onların vaxtında və keyfiyyətlə həll olunmasından söz açacaqlar.

Keçidlər