Müsabiqə qalibləri diplom aldılar
Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar rayonda maraqlı, daha çox insanları əhatə edən, müasirliyi ilə seçilən tədbirlər keçirilmişdir. Rayon Gənclər və İdman idarəsinin Heydər Əliyev Mərkəzində keçirdiyi inşa yazı müsabiqəsi də bu tədbirlər sırasında əhəmiyyətli yer tutur.
Rayon Təhsil şöbəsinin metodist, Azərbaycan dili və ədəbiyyat müəllimi Nəriman Qəniyevin sədrliyi ilə işləyən komissiya müsabiqəyə yekun vurmuşdur.
Nəticələrə görə şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nurlan Əzizli birinci, Talıstan kənd tam orta məktəbinin on birinci sinif şagirdi Aytac Nüsrətli ikinci və Təzəkənd tam orta məktəbinin onuncu sinif şagirdi Gülbahar Rzalı üçüncü yeri tutmuşlar.
Yanvarın 14-də Rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov və baş məsləhətçisi T.Məhərrəmov diplomları və mükafatları qaliblərə öz məktəblərində təqdim etmişlər.