“İsmayıllı:Yeni yaşayış tərzi və işgüzar mühitin formalaşmasında qadınların rolu”
18 yanvar 2014-cü il tarixdə saat 11:00-da Heydər Əliyev Mərkəzində “İsmayıllı:Yeni yaşayış tərzi və işgüzar mühitin formalaşmasında qadınların rolu” mövzusunda rayon qadınlarının konfransı keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov ölkəmizin həyatında mühüm və tale yüklü məsələlərdə həmişə böyük fəaalıq göstərən qadınların yüksək qiymətə layiq olduqlarını qeyd edib. Hər bir Azərbaycan qadını öz ailəsi ilə yanaşı dövlətin gələcəyini də düşünür. Cəmiyyətimiz inkişaf etdikcə və dövlətimiz daha sivil, demokratik dəyərlərlə idarə olunduqca qadınların rolu durmadan artır. Digər çıxış edənlər də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və həyata keçirdiyi prinsiplərin Azərbaycan qadınına nümunə olduğunu deyiblər.