Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərlə görüş

24 yanvar 2014 | 16:00

İsmayıllıda gənclərə böyük diqqət və qayğı göstərilir. Gənclərin problemləri dinlənilir, rəy və təkliflərinə xüsusi önəm verilir. Bunu gənclərlə keçirilən görüş daha aydın sübut edir. Belə ki, bu gün İsmayıllı rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclərlə görüş keçirib. Görüşdə Millət vəkili Novruzəli Aslanov da iştirak edib. Rayon gənclərinin rayonun sosial-iqtisadi inkişafının perspektiv layihələrinin müzakirəsinə həsr olunan toplantısı keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatları vurğulayan Başçı ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini deyib. O, Prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd edib. İsmayıllı gənclərini fəal olmağa səsləyib. Slayd vasitəsi ilə gələcəkdə inşa ediləcək Kollec binasının, velosiped zavodunun, eləcə də bir sıra küçə və prospektlərin maketləri nümayiş etdirilib. Çıxış edən gənclər ölkədə inkişaf edən yaxşı nə varsa, hamısının gənclər üçün olduğunu, xaricdə təhsil alan gənclərin sayının hər il artdığını bildiriblər. Həmçinin bildirilib ki, görüşün əsas məqsədi rayon gənclərinin problemlərinin öyrənilməsi və onların respublikanın ictimai həyatında daha fəal iştirak etmələrinə, rayonda həyata keçirilən tədbirlərdə fəal olmalarına şərait yaratmaqdır. Tədbirdə çıxış edən gənclərin nümayəndələri rayonda gələcəkdə görmək istədikləri yeni layihələrlə bağlı təkliflərini bildiriblər. Gənclərin karyera mərkəzinin yaradılması, gələcəkdə televiziyanın açılması kimi təkliflər irəli sürülüb.

Keçidlər