Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”

24 yanvar 2014 | 16:00

23 yanvar 2014- ci il tarixdə İsmayıllı şəhər  A.Aslanov adina 2 saylı  tam orta məktəbində Məmməd Arazın anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirildi . Tədbirdə rayonun ümumtəhsil məktəblərinin kitabxanaçıları,   RTŞ-nin metodisti Nəriman Qəniyev, ”MƏDƏD” təskilatının nümayəndəsi Yusif  Dəmirov.iştirak edirdi. Tədbirdə Məmməd Arazın həyat və yaradicılıgı haqqında məktəbin dil-ədibyyat müəllimi Məhəbbət Osmanova məlumat verdi. Şagirdlərin ifasında şairin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndi. Şəhər 1 sayli məktəbin kitabxanaçısı Məhbubə Nəbiyeva, Talıstan kənd tam orta məktəbinin kitabxanaçısı  Gülər Bagırova, Diyallı  kənd tam orta məktəbinin kitabxanaçısı Rəhilə İsmayılova və basqaları tədbir haqqında  fikirlərini soylədilər. Çıxış edənlər sözə  verilen yuksək dəyərdən, söz sənətinin həmişə yaşayacagından, sözə, sənətə dövlət qayğısından söbət açdılar. Şagirdlərin kitabxanalarla əlaqəsinin daha da genisləndirilməsi məsələsi ön plana çəkildi.Tədbirin sonunda məktəbin direktoru R.Dadaşov, RTŞ-nin metodisti N. Qəniyev cıxiş edərək Məmməd Araz sənətinə ümümxalq sevgisindən danışdılar.

Keçidlər