Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

26 yanvar 2014 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İvanovka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Hesabatda Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov bildirib ki, ölkə rəhbəri tərəfindən İsmayıllı rayonuna diqqət və qayğının artırılması nəticəsində İsmayıllı şəhərində, həmçinin İvanovka kəndində bir sıra işlər görülüb. İvanovka İƏD-i üzrə nümayəndə Olqa Jabina hesabat mərzəsi ilə çıxış edərək bildirib ki, kənddə 2937 nəfər əhali yaşayır. Ötən il ərzində elektrik enerjisi, qaz və su ilə təminatı istiqamətində rayonun xidmət sahələri tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Kənddə 2 mərtəbəli müasir standartlara cavab verən xəstəxana binası inşa edilib. Burada ambulatoriya, stomatologiya, terapiya və ginekologiya şöbələri fəaliyyət göstərir. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu təmir edilib, 2 dayanacaq quraşdırılıb. Yolboyu səkilər yenilənib, müasir işıqlandırma sistemi qurulub. Kənddə çörək zavodu da fəaliyyət göstərir. Zavodda quraşdırılan ən müasir avadanlıqlar istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Uzunluğu 50, eni 35 metr olan sexdə gün ərzində 1 ton çörək istehsal edilir. Xəstəxanada 38, çörək zavodunda isə 35 işçi çalışır ki, bu da işsizliyin aradan qaldırılması istiqamətində yüksək nailiyyətdir.
      Daha sonra çıxış edən sakinlər köhnə və yeni su xətlərinin təmir edilməsinə, kənd kitabxanasında istilik sisteminin qurulmasına, inzibati ərazi dairəsinə daxil olan Külüllü kəndinin mərkəzi küçələrinin asfaltlaşdırılmasına ehtiyac olduğunu dilə gətiriblər.

Keçidlər