Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Gənclər və İdman idarəsi yanında yeni tərkibdə şura yaradıldı

28 yanvar 2014 | 16:00

27 yanvar 2014-cü il tarixdə bir çox məsələlərin obyektiv müzakirəsi, Rayon Gənclər və İdman idarəsinin funksiyasının daha səmərəli yerinə yetirilməsi, fəaliyyətdə yeni düşüncəyə əsaslanan arzu, təklif və rəylərin nəzərə alınması məqsədilə Gİİ-nin yanında şuranın yeni tərkibi müəyyənləşdi və təşkilati mövzuda ilk iclası keçirildi.
Rayan Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rəis müavini Bəhruz Səfərəliyev, mühasib Kamilə Bağırova, Tayon Təhsil şöbəsinin metodisti İlham Vahabov, YAP rayon təşkilatı aparatının rəhbəri Anar Nəbiyev, QMƏVŞA İB rayon şöbəsinin sədri Vidadi Zərbiyev, İsmayıllı bələdiyyəsinin sədr müavini, QHT sədri Qüdrət Kazımov, 7 saylı tam orta məktəbin fiziki hazırlıq müəllimi Rəvan Qarayev, Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Tərlan Mursalov şura üzvü seçildilər.
Şura üzvləri arasında vəzifə bölgüsü aparıldı. Şuraya T.Salehov sədrlik, B.Səfərəliyev katiblik edəcək.

Keçidlər