2 fevral Gənclər günüdür.
2 fevral Gənclər günüdür. Bu gün münasibəti ilə İsmayıllıda möhtəşəm tədbir keçirilib. Öncə gənclər ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək ehtiramlarını bildiriblər.
Sonra gənclər “Röya” şadlıq sarayında toplaşıblar. Zalın foyesində gənc rəssamın əl işlərindən ibarət sərgi təşkil edilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əsasını Ulu öndərin qoyduğu gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib. İsmayıllı gənclərini təbrik edərək onları daha fəal olmağa səsləyib.
Bir qrup tələbəyə və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri fərman və qiymətli hədiyyələr verilib.
Tədbir rayonun incəsənət işçilərinin ifasında şən mahnılar və gənclərin şux rəqsləri ilə davam edib.