Görüşlər davam etdirilir.
Yanvar ayının 23-də İsmayıllıda baş vermiş hadisələrin yaranma səbəblərinin araşdırılması və gələcəkdə bu kimi hadisələrə yol verilməməsi baxımından şəhərin bir sıra müəssisə və məhəllələrində görüşlərin keçirilməsi davam etdirilir. Görüşlərdə çıxış edənlər dövlətə və dövlətçiliyə sədaqətlərindən söz açır, ismayıllıların bu istiqamətdə dəfələrlə sınanmış insanlar olmasından danışırlar. Məişət zəminində baş vermiş mübahisənin başqa məcraya yönəldilməsindən narahat olduqlarını söyləyən şəhər sakinləri başçıdan bütün diqqətin mövcud problemlərin həllinə yönəldilməsini xahiş edirlər.Çıxışlarda belə hadisələrin İsmayıllı üçün əsla xarakterik olmaması, günahı olanların cəzalandırılması səsləndirilir.Keçirilən görüşlərdə Rayon İcra Hakimiyyətinin başçısı N.Ələkbərov rayonun xidmət təşkilatları rəhbərlərinə çıxışlarda qaldırılan bir sıra problemlərin həlli ilə bağlı tapşırıqlar verir.Şəhərin 3 və 5 saylı tam orta məktəblərində, Heydər Əliyev Mərkəzində, Natəvan küçəsindəki ”Xeyir-şər” evində keçirilən görüşlərdə 50-dən çox şəhər sakini çıxış etmişdir.