Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elbrus Həsənovun xatirə günü

04 fevral 2014 | 16:00

Qalınçaq kənd sakinləri Şıxı Həsənov və Pambıq Həsənovanın varlıqları əməkdən yoğrulub, amalları qonuma-qonşuya, kənd əhalisinə gərəkli olmaq, nümunəvi övladlar yetişdirmək, vətəni, vətəndaşı sevmək olub. Azərbaycan torpağını Qarabağ müharibəsi zamanı Qızıl qanı ilə suvaranlardan biri də bu nümunəvi ailənin igid oğlu Elbrus Həsənov olub. O, candan əziz sandığı Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub, minlərlə vətən övladları sırasında bu gün var olaq deyə, xalqımız yaşasın deyə Elbrus da həyatını yoxluğa təslim edib. 20 yaşında şəhid olub. Bu gün isə 40 yaşı tamam olub. Rayon İcra Hakimiyyətinin əməkdaşları, QMƏVŞA İB rayon şöbəsinin sədri V.Zərbiyev, sədr müavini İ.Musayev, Qalınçaq kəndinin çoxsaylı nümayəndələri, şagirdlər və müəllimlər xatirə gününə toplaşmışdılar. Çıxışlar səmimi, mehriban idi, kövrək notlar üzərində qurulmuşdu. Ordenli döyüşçü Taleh Məsəfov da kədərlənənlərlə  idi.
Qalınçaq məktəbi şəhidin ruhuna ehtiram olaraq əbədi-bədii kompazisiya hazırlamışdı. Uşaqlar incə və kövrək ruhlu şerlər dedilər. Sonra Elbrus Həsənovun məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Valideyinlər evdə ehsan süfrəsi açmışdılar.
Şıxı kişi xəstəliyi ilə əlaqədar çıxa bilməmişdi. Evdə idi, Qonaqları mehribanlıqla qarşıladı. Yaşayışı üçün yaradılan şəraitə görə dövlətə, cənab Prezidentə minnətdarlıq etdi.
Şəhid anası Pambıq Həsənovanın xahişini tez eşidib məhlələrinə su çəkənlərə təşəkkür etdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər