Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ibrahimovun doğum günü 2 saylı tam orta məktəbdə
Artıq dördüncü ildir ki İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbdə 7 Fevral Mübariz İbrahimovun doğum günündə məktəbi bitirmiş məzunlarla məktəb müəllim və şagird kollektivinin görüşü keçirilir. Bu ildə belə oldu. Məktəbin gənc müəllimləri və məzunları əvvəlcə Milli Qəhrəman M.İbrahimovun xatirəsinə həsr olunmuş yürüşə qoşularaq rayon gənclərinin yürüşünə qoşularaq"Şəhidlər xiyabanı"na getdiler. Sonra məktəbin akt zalında qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər vətənə məhəbbət ruhlu şeirlər və mahnılar ifa etdilər. Görüşdə müəllimlər, yuxarı sinif şagirdləri və məzunlar öz ürək sözlərini ,arzu və istəklərini dilə gətirdilər. Məzunlardan Kazımlı Pərviz ,Talıbzadə Sevinc , Qasımlı Nərgiz, Ağazadə Turanə ,Səmədzadə Seymur, Ağazadə Zaur ,Səmədova Həcər ,Əliyev Ceyhun çıxış edərək gənclərin cəmiyyətdəki fəal rolundan sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyinden bəhs etdilər..Maraqlı fikir mübadiləsi keçirildi.Məktəbi bitirmiş məzunların sinif müəllimləri, sinif rəhbərləri və onlara dərs deyən fənn müəllimləri xoş arzularını bildirdilər.Tədbirin sonunda məktəbin direktoru Ramil Dadaşov çıxış edərək məktəbin uğurlarından ,bugünkü nailliyyətlərindən söhbət açdı. O,gənclərimizə Mübariz kimi vətənpərvər, düşmənə qarşı amansız olmağı, vətənin əsil vətəndaşı kimi böyüməyi arzuladı.O ,qeyd etdi ki, vətən üçün canından keçən igid oğullarımızı dönə -dönə xatırlamalı,onların ruhu qarşısında baş əyməliyik.Çünki onları unutmağa bizim mənəvi haqqımız yoxdur.