Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqrımının 22-ci il dönümü ilə əlaqədar tədbirlər başlanğıcını götürdü

12 fevral 2014 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Xocalı soyqrımının 22-ci il dönümünün qeyd olunması ilə əlaqədar sərəncam vermiş və bu  sərəncamla komissiya yaratmış, tədbirlər planını təsdiq etmişdir. Tədbirləri icraçılara çatdırmaq üçün Rayon təhsil şöbəsinin iclas zalında 120 nəfərin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə Mirdaməd müəllim Xocalı soyqrımının baş vermə səbəblərindən, ermənilərin türklərə qarşı törətdiyi soyqırımların növbəti daha dəhşətlisinin Xocalı soyqırımı olduğundan, tədbirlərin vətənpərvərlik, vətənsevərlik tərbiyəsinə yönəldilməsi yollarından ətraflı danışmışdır. İcraçılara tapşırılmışdır ki, tədbirlər bütün yaşayış məntəqələrini, təhsil müəssislərini, idarə və təşkilatları əhatə etsin. Qərara alınmışdır ki, xocalıdan məcburi köçkün düşüb İsmayıllıda məskunlaşan soydaşlarımızla evlərində görüşlər olsun, 26 fevralda bir süfrə arxasına dəvət olunsunlar. Soyqrımlarla bağlı tədbirlərin bu və ya digər formada il boyu davam etdirilməsi məsləhət bilinmişdir.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev, Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abasov, Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, Rayon mərkəzi xəstəxanasının baş həkimi Avtandil Rəhimov çıxış edərək xocalı faciəsinin 22-ci il dönümü il əlaqədar həyata keçirəcəkləri tədbirlədən danışmışlar.
Müşavirədə iştirak edənlərin çoxunun təhsil və mədəniyyət işçisi, məktəb direktoru –ziyallı olduğunu nəzərə alan RİH başçısı Mirdaməd Sadıqov zala müraciət etmiş, sözü, təklifi, məsləhəti, problemi olan hər kəsi səmimiyyətlə dinləmişdir.
Sonda RİH-nin hazırladığı tədbirlər planı komissiya üzvlərinə paylanmışdır.

Keçidlər