Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon fəallarının yığıncağı keçirilib

13 fevral 2014 | 16:00

Fevral ayının 12-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransın yekunları ilə əlaqədar rayon fəallarının yığıncağı keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkə iqtisadiyyatının dinamik inkişafında, uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramının mühüm rol oynadığını deyib. Bildirib ki, aparılan məqsədyönlü və kompleks tədbirlər sayəsində ölkəmizin regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Çıxış edənlər İsmayıllıda son dövrlər görülən işlərdən razılıqlarını bildirib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransın önəmini qeyd ediblər.

Keçidlər