Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya və ona qarşı mübarizə ” mövzusunda tədbir keçirildi

14 fevral 2014 | 16:00

İsrail Həsənov adına 1 saylı şəhər tam orta məktəbdə hüquqi biliklərin təbliği ilə əlaqədar RİH-nin Hüquq şöbəsinin müdiri Valeh Hüseynovun, RPŞ-nin əməkdaşı Əbülfət Yarıyevin, rayon Məhkəməsinin məsləhətçisi Vilayət Babayevin və məktəbin müəllim və  yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirildi.
V.Hüseynov çıxış edərək narkomaniyanın yaranma tarixindən,  törətdiyi fəsadlardan, insan orqanizminə vurduğu ziyandan, dünyada və ölkəmizdə narkomaniya ilə bağlı statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdıraraq şagirdləri cəmiyyətdə düzgün mövqe tutmağa, dərslərindən geri qalmamağa, cəmiyyətə yararsız insanlardan uzaq olmağa, onlara qoşulmamağa, möhkəm iradəli olmağa,  asudə vaxtlarını faydalı işlərə sərf etməyə çağırdı.
V.Babayev öz çıxışında narkomaniyanın insan taleyində mənfi rol oynadığını, insanı sağlamlıq və azadlıq kimi ən şirin nemətlərdən məhrum etdiyini bildirərək sağlam həyat tərzindən uzaq olan şəxslərin sonda cəmiyyətinp yararsız bir üzvünə çevrildiyini bildirdi.
Ə.Yarıyev öz çıxışında ölkəmizdə narkomaniya ilə  aparılan mübarizə ilə bağlı  tədbir iştirakçılarına geniş məlumat verdi. O, narkoman kimi qeydiyyata alınmış şəxslər arasında  18 yaşadək gənclərimizin olmadığını bildirdi.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilbər Yəhyayeva öz çıxışında gəncləri pis vərdişlərdən çəkindirmək üçün tədris ocağının müəllim kollektivinin gördüyü tədbirlər haqqında məlumat verərək bu cür tədbirlərin tez-tez keçirilməsinin səmərəliliyini vurğuladı.
Sonda mövzu ətrafında maraqlı diskussiya aparılaraq şagirdləri maraqlandıran  suallara geniş və ətraflı cavablar verildi.

Keçidlər