İsmayıllı rayonunda İstehlakçı KM Əhəng Sexinin açılışı olub
15 fevral 2014 | 16:00
Fevral ayının 14-də İsmayıllı rayonunda İstehlakçı KM Əhəng Sexinin açılışı olub.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev çıxışında bildirib ki, yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması işsizliyin aradan qaldırılmasına kömək göstərəcək. Bu da öz növbəsində onlarla ailənin maddi vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq.
Qeyd edək ki, İstehlakçı KM Əhəng Sexinin aylıq istehsal gücü 300-600 ton müəyyənləşdirilib. Sexdə divar və döşəmə örtüyünə yararlı təbii daş istehsal ediləcək.