Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon əhalisi tibbi müayinədən keçiriləcəkdir.

16 fevral 2014 | 16:00

15 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində rayon əhalisinin cari ilin fevral ayının 17-dən may ayının 1-dək tibbi müayinədən keçirilməsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov keçiriləcək tibbi müayinənin əhəmiyyətindən, keçən il açılışı olmuş 2 kənd sahə xəstəxanasının və 2 kənd tibb məntəqəsinin bu müayinələrdə göstərəcəyi xidmətdən danışdı.  Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova rayon əhalisinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verdi. O, RİH başçısının sərəncamı ilə yaradılmış komissiya, müayinəni keçirmək üçün yaradılan işçi qrupu və tibbi müayinənin yaşayış məntəqələri, idarə, müəssisə və təşkilatlar   üzrə qrafiki barədə iştirakçılara dəqiq məlumat verdi. Daha sonra Rayon Mərkəzi Xəstəxananın baş həkimi Avtandil Rəhimov görüləcək  işlər barədə çıxış etdi.

Keçidlər