2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı
19 fevral 2014-cü il tarixdə Gənclər Mərkəzinin akt zalında “İsmayıllı rayonunun 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında” məsələyə həsr olunmuş yığıncağı keçirildi.
Əvvəlcə rəhbərlik və iştirakçılar rayonda istehsal olunan məhsullardan və yaradıcılıq nümunələrindən təşkil olunmuş sərgiyə baxdılar.
Yığıncaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 avqust 2013-cü ildə İsmayıllıya səfərindən bəhs edən videofilmlə başlandı.
Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açdı və hesabat məruzəsi ilə çıxış etdi. Müzakirələrdə Rayon prokuroru Rahib Seyidov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov, Rayon İcra Hakimiyyəti başçısının İvanovka İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Olqa Jabina, Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı, İsmayıllı rayon komitəsinin sədri Zahid Əkbərov, İsmayıllı Qaz İstismar Sahəsinin rəisi Eldar Səlimzadə, sahibkar İzzət Qubadov və Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti Ruziyə Çələbiyeva çıxış etdilər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev 2013-cü ildə Respublikada qazanılan çoxistiqamətli nailiyyətlərdən, cənab Prezidentin daxili və xarici siyasətinin yüksək nəticələrindən danışdı.
Millət vəkili Novruz Aslanov və Ərəstun Cavadov 2013-cü ildə rayonda daha sürətli inkişaf olduğundan, cənab Prezident İlham Əliyevin bölgəyə xüsusi qayğısından, Rayon İcra Hakimiyyəti rəhbərliyinin əhaliyə göstərdiyi xidmətdən, İsmayıllının yeni inkişaf sürətinə qovuşmasından danışdılar.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Sonda bir neçə nəfər rayonun ictimai-siyasi fəaliyyətində fərqləndiklərinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Qeyd: Məruzənin tam mətnini saytın “İcra Hakimiyyəti” bölməsinin “Fəaliyyət” alt bölməsində oxuya bilərsiniz.