Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsaqqallar və ağbirçəklərlə məsləhətləşmələr

19 fevral 2014 | 16:00

18 fevral 2014-cü il tarixdə dəyərli ənənəsinə sadiq qalan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun perspektiv inkişaf layihələri ilə bağlı ağsaqqallar və ağbirçəklərlə görüş keçirib.
    Görüş rayon təhsil şöbəsinin yenicə təmirdən çıxmış iclas zalında baş tutub.
   Mirdaməd müəllim görülən işlər, perspektiv vəzifələr, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı layihələr barədə ətraflı danışmış, hər bir arzu edən kəsi səmimiyyətlə dinləmiş, təklifinin sonrakı inkişaf mərhələlərində nəzərə alınacağını bildirmişdir.
   Polis veteranı İsmayıl Bünyatov, Əməkdar həkim Şahmurad Şirəliyev, mərkəzi xəstəxananın həkimi Narxanım Əkbərova, keçmiş inşaatçı Aslan Aslanov, Kürdmaşı kənd ağsaqqallar şurasının sədri Yunus Məmmədov, Rayon veteranlar şurasının sədri Abduləli Əliyev əvvəla məsləhətləşməyə dəvət olunduqları, sayıldıqları üçün, göstərilən hörmət və ehtirama görə təşəkkür etdilər, sonra problem səviyyəsində qalmaqalda davam edən bazardakı vəziyyətdən, bəzi məhəllələrdə hökm sürən antisanitariyadan, sanatoriyalara getmək üçün yollayışların azlığından, təzə asfaltın kommunikasiya xətləri üçün qazılmasının yol- verilməzliyindən və digər məsələlərdən danışdılar.
    Yunus Məmmədov qeyd etdi ki, Kürdmaşı xəstəxanasının binası bələdiyyənin balansında qaldıqca yararsız hala düşür. Yaxşı olar ki, həmin bina rayon mərkəzi  xəstəxanasının balansına verilsin.
    Bundan sonra memar Vüsal Abdullayev perspektiv layihələri monitorda  nümayiş etdirib, izahını verdi. Yeni bazar layihəsi ağsaqqallar tərəfindən alqışlarla qarşılandı. Mövcud bazarın antisanitariya vəziyyəti də monitorda əks olundu.
     Görüşə gələnlər bir daha  yəqin etdilər ki, bu və ya digər formada rayonun sosial-iqtisadi inkişafında onların hər birinin öz yeri olmalıdır. Fəal mövqeyə keçməlidirlər.

Keçidlər