Şriftin ölçüsü :

Saytın rəngi :

Vəng kəndində vətəndaşlarla səyyar görüş

21 fevral 2014 | 16:00

20 fevral 2014-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov Vəng kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Vəng kənd tam orta məktəbinin müəllimi Rövşən Məmmədov gələn qonaqları salamladı. Kəndin sosial qayğılarından danışdı, su probleminə toxundu. Digər kənd sakinləri kəndə gələn yolun təmir olunmasını, yararsız elektrik dirəklərinin dəyişdirilməsini, elektrik transformatorunun təmir olunmasını xahiş etdilər.
RİH-nin başçısı qaldırılan məsələlərlə bağlı xidmət təşkilatları rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər