Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı köçkünləri ilə səmimi görüş

22 fevral 2014 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Xocalıdan məcburi köçkün düşüb, rayon ərazisində müvəqqəti məskunlaşmış soydaşlarımızla Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində görüşdü.
M.Sadıqov dəvət olunanlarla səmimi və duyğulu söhbət etdi. Xocalı soyqırımının səbəbkarlarından, dəhşətli nəticələrindən danışdı, toplaşanları bir-bir dinlədi, problemlərini öyrəndi. Vacib məsələrin həlli üçün yerindəcə aid sahə rəhbərlərinə tapşırıq verdi. “Xocalıya Ədalət!” kompaniyasına qoşulmağa hamını dəvət etdi. Həsən Nəbiyev, Zakir Bəndəliyev, Lüdmila Məmmədvəliyeva və başqaları cənab Prezidentə, dövlətimizə Xocalı sakinlərinə göstərdikləri ardıcıl qayğıya görə minnətdarlıq etdilər.

Keçidlər