Qan yaddaşı möhkəmlənir
21 fevral 2014-cü il tarixində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşəbbüsü, birliyin üzvü şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Məmmədova Təranənin təşkilatçılığı və VIIb sinif şagirdlərinin iştirakı ilə Xocalı Soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında keçirildi. Tədbirdə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, ictimai birliyin əməkdaşı Dilbər Soltanova, şair Vaqif Nəcəfzadə iştirak etdilər. Şamil Sabiroğlu Xocalı hadisələrinin şahidi kimi məlumatlar verdi. Fiqurə Rüstəmova qardaşı, Milli Qəhrəman Füzuli Rüstəmovun igidliklərindən danışdı. Şair Vaqif Nəcəfzadə vətənpərvərlik mövzusunda şerlərini söylədi. VII b sinif şagirdləri kompozisiyalarını təqdim etdilər.
Dövlət qulluğu veteranı Valeh Salehov çıxış edərək Xocalı Soyqırmında normal insan düşüncəsinə sığmayan vəhşiliklərin törədilməsindən, qələbə naminə hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi zəruriliyindən, “XOCALI-ya Ədalət”! kompaniyasında gənclərin hamılıqla sosial şəbəkələrdə fəal iştirakının vacibliyindən danışdı.
Tədbir milli qan yaddaşımızı möhkəmləndirmək baxımından əhəmiyyətli oldu.