İto şəhəri ilə aqrar sahədə əməkdaşlıq davam etdirilir
Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhəri qardaşlaşmış şəhərlərdir. Məlum olduğu kimi 2013-cü ilin noyabr ayında İsmayıllı RİHB cənab Mirdaməd Sadıqovun rəhbərliyi ilə rayonumuzun nümayəndə heyəti İto şəhərində işgüzar səfərdə olmuşdur. Səfər ərəfəsində İto və İsmayıllı şəhərləri arasında bir sıra sahələrdə təhsil, mədəniyyət, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıqla əlaqədar müvafiq sənədlər imzalanmışdır.
Əməkdaşlığın davamlı olaraq İto şəhərindən olan “Kosuqi Zohen Co” MM Şirkətinin Prezidenti cənab Saki Kosuqi fevralın 22-də İsmayıllı rayonunda olmuş və Rayon İcra Hakimiyyətində dekorotiv ağac və gül yetişdirməsi ilə məşğul olan Cavanşir Seyidov və digər mütəxəssislərlə görüş keçirmişdir. Görüşdə İto şəhərində bitən dekorativ bitkilərin rayonumuzda becərilməsi imkanları, onların becərilmə texnologiyaları, aqrotexniki qulluq işləri və bu istiqamətdə digər məsələlər ətraflı müzakirə edilmişdir.