3 sayli tam orta məktəbdə Xocalı faciəsinin 22-ci ildönümü qeyd edildi
22 fevral 2014-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq E.Məmmədov adına İsmayıllı şəhər 3 sayli tam orta məktəbdə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş "Vətən mənə oğul desə nə dərdim" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqəni giriş sözü ilə açıq elan edən məktəbin direktoru Əhmədağa Ələkbərov Xocalı faciəsini, xalqımızın başına gətirilən bu qan yaddaşını unutmamağı tövsiyyə etdi və iştirakçilara uğurlar arzuladı. Müsabiqədə iştirak edən şagirdlər maraqlı seçim etmiş, şerləri yüksək səviyyədə hazırlamışdılar. Şagirdlərdə olan vətənpərvərlik hissi, düşmənə nifrət söylədikləri şeirlərdə duyulurdu. Sonda XI sinif şagirdləri çox gözəl kompozisiya ilə çıxış etdilər.