Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı – Azərbaycanın qanlı tarixi”

26 fevral 2014 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar silsilə  tədbirlərdən biri də şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsi olmuşdur. Müsabiqəni rayon Təhsil şöbəsi  rayon Gənclər və İdman idarəsi ilə birgə Heydər Əliyev Mərkəzində “Xocalı-Azərbaycanın qanlı tarixi ” mövzusunda keçirmişdir.  Müsabiqəni Xocalı soyqırımının səbəbkarları və  nəticələri barədə giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açmışdır.
  Yuxarı  sinif şagirdləri inşa yazıları ilə bir daha göstərdilər ki, onlar Xocalı qətliamının ağırlığını, məhrumiyyətlərini düşüncələrində yaşada  bilirlər.

Keçidlər