Şriftin ölçüsü :

Saytın rəngi :

Qətlə yetirilən 63 uşaq

26 fevral 2014 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq fevral ayının 25-də İsrail Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Heydər Əliyev Mərkəzində Xocalı faciəsində qətlə yetirilən 63 uşağın xatirəsini anmaq məqsədi ilə tədbir keçirdilər. Əməkdar müəllim Mirvari Musayeva Xocalı faciəsi haqqında danışdı. Bildirdi ki, uşaqların vəhşicəsinə öldürülməsi ermənilərin vandallığını bir daha sübut etdi. Tədbirdə 24 məktəbli şeirlər söylədi, Xocalı faciəsi haqqında danışdılar. Amansızlıqla qətlə yetirilən 63 uşağın əziz xatirəsinə şamlar yandırıldı. Erməni vandallarına yazılan ittihamedici məktublar oxundu. Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev bildirdi ki, hər bir Azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Məktəblilərin yazdığı məktubları bu sahədə atılan addım kimi dəyərləndirən R.Ağayev, tədbirin təşkilindən razılığını dilə gətirdi. Qeyd edək ki, məktubların mətnləri sosial şəbəkələr və internet saytlarında yerləşdiriləcək.

Keçidlər