Xocalı xalqımızın soyıqrım faciəsidir.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 25 fevral 2014-cü il tarixdə İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbində “Xocalı xalqımızın soyqırım faciəsidir” mövzusunda tədbir keçirildi. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlərin ifasında Xocalı faciəsinə, onun şəhid övladlarının xatirəsinə həsr edilmiş şeirlər səsləndirildi. Məktəb şagirdlərindən təşkil olunmuş xor kollektivinin ifa etdiyi mahnılar tədbirin ahənginə uyğun olaraq ifa edildi. Tədbirdə qeyd olundu ki, Xocalı faciəsi Azərbaycanın, dünyanın bütün sülhsevər insanlarının yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə olub . Cinayətkar erməni qəsbkarları rus qoşunları ilə birləşərək Azərbaycanın, Qarabağın ən gözəl güşələrindən biri olan Xocalı şəhərini yerlə yeksan etməklə bəşər tarixində misli görünməmiş vəhşilik etdilər. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayətdir.
Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” kampaniyası nəticəsində soyqırm haqqında əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış və bu gün də proses uğurla davam etdirilir.
Tədbirin sonunda YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev və məktəbin direktoru R. Dadaşov çıxış edərək Xocalı qətilyamını törədənlərin tarix qarşısında cavab verəcəklərini, Azərbaycanın Prezidenti İ. Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağını bildirdilər.