7 saylı tam orta məktəbdə Xocalı faciəsi yad edildi
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 26 Fevral “Xocalı xalqımızın soyqırım faciəsidir” mövzusunda 7 saylı tam orta məktəbin akt zalında tədbir keçirildi.. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru Etibar Abdulov bu haqda şagirdlərə məlumat verdi. Tədbirdə qeyd olundu ki, Xocalı faciəsi Azərbaycanın, dünyanın bütün sülhsevər insanlarının yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır.Tədbirdə şagirdlərin ifasında Xocalı faciəsinə, onun şəhid övladlarının xatirəsinə həsr edilmiş şeirlər səsləndirildişDaha sonra Xocalıda çəkilən bəzi videolar gostərildi