Şriftin ölçüsü :

Saytın rəngi :

Təntənəli bayram tədbiri

07 mart 2014 | 16:00

6 mart 2014-cü il tarixdə qadınların şəninə təşkil olunmuş təntənəli bayram tədbiri    Rayon İcra Hakimiyyətinin yeni təmir olunmuş akt zalında  ilk tədbir oldu.
   200 nəfərə qədər İsmayıllı xanımının iştirak etdiyi bayram tədbirini rayon İcra Hakimiyyəti başçısının müavini Sevil  Əhmədova açdı. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ən səmimi, ən duyğulu sözlərlə, hörmət və ehtiramla zəngin olan nitqlə qadınları təbrik etdi.
Uşaq bağçalarının fidanları ana, qadın haqqında şerlər dedilər.
    Dövlət qulluğu veteranı Gözəl Osmanova çıxış etdi. Hacıməmməd Məmmədov, Şahməmməd Dağlaroğlu, Xatun Məmmədova, Göyçək Rəhimova, Rəna Mirzəliyeva poetik ruhlu təbriklər söylədilər.
   Bir neçə nəfər fəal qadına rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının fəxri fərmanları verildi.
   Akt zalına gələn hər bir xanıma gül dəstəsi ərməğan edildi.

Keçidlər