8 mart- Beynəlxalq Qadınlar günü münasibəti ilə satış yarmarkası keçirildi
08 mart 2014 | 16:00
Rayonumuzda vaxtaşırı kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi artıq ənənəvi hal almışdır. Həmin ənənənin davamı olaraq 8 mart- Beynəlxalq Qadınlar günü münasibəti ilə 7 mart 2014-cü il tarixdə İsmayıllı şəhərinin 3 müxtəlif ərazisində - Qala divarlarının, “Bahar” mebel mərkəzinin qarşısında və yeni avtovağzalın yanında yarmarkalar təşkil edildi. Yarmarkada əhaliyə bütün növ meyvə-tərəvəz, taxıl, ət-süd, quşçuluq, eləcə də bal məhsulları satılmışdır. burada satılna məhsullar bazar qiymətlərindən aşağıdır.
8 mart günündə də bu yarmarkalar təşkil olunacaqdır. Bundan başqa Novruz bayramı ilə əlaqədar 14-20 mart tarixlərində də satış yarmarkaları təşkil olunacaqdır.