Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı tam orta məktəbdə Novruz şənliyi

15 mart 2014 | 16:00

  14.03.2014-cü il tarixdə İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbində Novruz şənliyi keçirildi. Şənlikdən əvvəl məktəbin foyesində Novruz  xonçaları, səməni və Novruz şənliyinə həsr olunmuş əl işlərindən ibarət sərgi keçirildi. Müəllim və şagirdlərdən təşkil olunmuş komissiya tərəfindən həmin işlərə baxış təşkil edildi və qalib siniflərə məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə və diplomlar verildi. Şənlikdə şagirdlərin ifasında Novruz bayramına, baharın gəlişinə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi. Novruzun simvolları olan Kosa və Keçəlin məzhəkəli oyunları, şagirdlər tərəfindən hazırlanmış səhnəciklər şənliyə xüsusi ahəng gətirdi. Bahar qızı şənlik iştirakçılarını təbrik etdi, onlara yeni ildə uğurlar arzuladı.
      Tədbirdə məktəbin sinif müəllimi S.İsazadə, direktor R.Dadaşov çıxış edərək tarixi çox qədim olan Novruz bayramı, onun adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə danışdılar.
     Tədbirdə şagirdlər müəllimləriylə yumurta döyüşdürüblər.

Keçidlər