Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramqabağı yarmarkalar

16 mart 2014 | 16:00

15 mart 2014-cü il tarixində İsmayıllı şəhərində iki yerdə - “Qala divarları” qarşısında və “Bahar” mebel mərkəzinin yanında, eləcə də rayonun Kürdmaşı, Qurbanəfəndi, Soltankənd və Təzəkənd kəndlərində kənd təsərrüfatı məhsullarının  satış-yarmarkaları keçirilmişdir.
Xalqımızın ən sevimli və qədim bayramı olan Novruzun gəlişi münasibətilə təşkil olunan yarmarkalarda fermerlər tərəfindən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları - ət, toyuq, meyvə-tərəvəz, taxıl və süd məhsulları, bal, yumurta və digər məhsullar satılmışdır.
Bazar qiymətlərindən 25-30% aşağı qiymətə satılan məhsullardan ibarət keçirilən yarmarkalar alıcılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Keçidlər