Qurbanəfəndi kənd sakinləri ilə görüş-qəbul
29 mart 2014 | 16:00
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qurbanəfəndi kənd sakinləri ilə görüş-qəbul keçirib.
İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən söz açıb. Rayonda və kəndlərdə görülmüş və görüləcək işlər barədə kənd sakinlərinə məlumat verib.
Kənd sakinləri ölkə Prezidentinin rayonumuza göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər. Eyni zamanda ümumilikdə kəndin və şəxsi problemlərini dilə gətiriblər. M.Sadıqov deyilən problemlərlə əlaqədar aidiyyəti şəxslərə tapşırıqlar verib.