”Qala”da 8 Mart bayramı
Mart ayının 7-də “Qala” şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir
RİH-in başçısı M.Sadıqov tədbirdə iştirak edən xanımları, onların timsalında rayonun bütün qadınlarını, öz adından və rayon ictimaiyyəti adından bayram münasibətilə təbrik etdi. O həmçinin qeyd etdi ki, ona göstərilən etimadın məsuliyyəti ondan və ümumilikdə hamımızdan əl-ələ verib işləməyi tələb edir. Başlıca məqsədimiz hamını işlə təmin etmək, hamının qayğısına qalmaq olacaqdır. İsmayıllını əvvəlki işgüzarlığı, gözəlliyi və firavanlığı ilə bütün ölkə tanıyacaq.
Tədbir iştirakçıları adından İsmayıllı rayon İcra Hakimiyyəti başçısı təyin olunması münasibəti ilə Mirdaməd Sadıqovun ünvanına təbriklər səsləndirərək, ona möhkəm can sağlığı, bu şərəfli, ağır və məsuliyyətli işində uğurlar arzuladılar.
Bayram tədbirinin maraqlı proqramı hamının ürəyincə oldu.
Tədbirin sona yetdiyi ərəfədə rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup qadına İsmayıllı rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.