Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” milli intellektual oyununun rayon üzrə seçim turu

30 mart 2014 | 16:00

29 mart 2014-cü il tarixdə saat 11:00 -da İsmayıllı rayon Gənclər Mərkəzində “Xəmsə” milli intellektual oyununun rayon üzrə seçim turu keçirildi. Rayonun 12 komandası böyük ruh yüksəkliyi ilə mübarizəyə qoşuldu. Böyük maraq və həyəcanla keçən bilik mübarizəsində I yerə İsmayıllı İntellektual Oyunlar Klubu, II yerə Talıstan kənd orta məktəbinin komandası və III yerə şəhər 5 saylı tam orta məktəbin komandası layiq görülmüşdür. I və II yerin qalibləri respublika mərhələsinə vəsiqə qazandılar. Hər üç yerin qalibləri İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif edildi.

Keçidlər