Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Azərbaycanlıların Soyqırımı ilə bağlı məktəblərdə tədbirlər keçirilib

01 aprel 2014 | 15:00

  Şəhər 2 saylı tam orta məktəb

  31 mart 2014-cü il tarixdə İsmayıllı şəhər A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbində 31 mart 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik və soyqırımla bağlı şeirlər səsləndirildi. Həmin hadisələrə aid film nümayiş etdirildi. Tarix müəllimi RSalahova, məktəbin direktoru R.Dadaşov  31 mart qırğınları ilə bağlı olan hadisələr haqqında qısa məlumat verdilər. Onlar bildirdilər ki, xalqımızın başına mənfur ermənilər tərəfindən zaman-zaman müxtəlif faciələr gətirilmişdir. 31 mart 1918-ci il qırğınları  bu faciələrin ən dəhşətlisi olmuşdur. Belə ki, Bakıda başlanaraq Azərbaycanın bütün bölgələrində törədilmiş bu qırğınlarda minlərlə soydaşımız ağır işgəncələrə məruz qalaraq qətlə yetirilmişdir .
  

**********

Maçaxı kənd ibtidai məktəbi

  31 mart 2014-cü il tarixdə Maçaxı kənd ibtidai məktəbində 31 mart Azərbaycanlıların Soyqırımı münasibəti ilə tədbir keçirilib. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə soyqırım haqqında məlumat verilib, elektron kitabxanalardan informasiyalar oxunub,hadisələrdən bəhs edən filmə baxılıb.

    Mart hadisələri zamanı ermənilər 8 nəfər Maçaxı kənd sakinini qətlə yetiriblər. Məktəbin kollektivi soyqırım qurbanlarının qəbirlərini ziyarət edərək onlara Allahdan rəhmət diləyib, ruhlarına dualar oxuyublar.

**********

Təzəkənd kənd tam orta məktəbi
  31 mart Azərbaycanlıların Soyqrımı qurbanlarının xatirəsi Təzəkənd kənd tam orta məktəbində də anılıb. Müəllimlər tərəfindən şagirdlərə ermənilər tərəfindən törədilən dəhşətli hadisə barədə məlumat verilib. Şagirdlər öz biliklərini divar qəzetlərində yazıblar.

Keçidlər