Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda silsilə tədbirlər keçirilir

01 aprel 2014 | 15:00

31 mart Azərbaycan xalqı, dünya Azərbaycanlıları üçün kədər və hüzün günüdür. Hər il Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir.
Martın 31-də Basqal kənd orta məktəbində Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə Basqalılarla yanaşı, Təzəkənd, Tircan, Keyvəndi, Minkə, Şəbiyan, Bizlan, Zərgəran, Tağlabiyan, Xankəndi, Zeyvə, Sulut, Mücü kəndlərinin İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, tarix müəllimləri, gənclər, məktəb şagirdləri, tarix hadisələrinin şahidi olan ağsaqqallar da iştirak etdilər.
Məktəbin akt zalı tədbirə uyğun tərtib olunmuş, səhnədə qırmızı qərənfillər düzülmüşdü.
Aparıcının giriş sözü ilə açılan mərasimdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 31 mart hadisələrinə həsr olunmuş film nümayiş etdirildi. Sonra Basqal qəsəbə İƏD-si üzrə nümayəndə Novruz Əsədov Azərbaycan xalqının faciəvi tarixinin 96-cı ildönümünə həsr olunmuş məruzə ilə çıxış etdi.
RİHB-nın birinci müavini Rövşən Ağayev çıxış edərək erməni faşistlərinin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri qırğınlar barədə məlumat verdi, tarixi düşmənlərimizə qarşı amansız mövqe tutmağa səslədi.
Sulut kənd orta məktəbinin direktoru Xurşid Cəfərov, Tircan kənd orta məktəbinin tarix müəllimi  Gülyanaq Əliyeva tarixi hadisələri şərh etməklə erməni vandalizmini, dünyanın terrorçu qruplarında erməni təşkilatlarının iştirakını, onların Böyük Ermənistan yaratmaq xülyalarını faktlarla diqqətə çatdırdılar.
Sonda Basqal məktəblilərinin iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər