Şəhər 2 saylı tam orta məktəbdə yubiley tədbiri keçirildi
4 aprel 2014-cü il tarixdə Şəhər 2 saylı tam orta məktəbdə Azərbaycanın xalq şairi Nigar Rəfibəyliyinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Şagirdlər N.Rəfibəylinin həyat və yardıcılığı haqqında məlumat verib, onun şeirlərindən nümünələr və şeirlərinə bəstələnmiş mahnılar səsləndirdilər. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri, məktəbin direktoru R.Dadaşov çıxış edərək bildirdilər ki, Nigar Rəfibəyli dövrünün ictimai xüsusiyyətlərini, insanın hiss və duyğularını öz şeirlərində bacarıqla ifadə edən görkəmli sənətkar olmuşdur. Onun şeirlərinin əksəriyyətinə bəstəkarlarımız gözəl mahnılar bəstələmişlər. Bu da onun şeirlərində axıcılığın, ahəngdarlığının yüksək səviyyədə olduğunu göstərir.
Qeyd edilmişdir ki, Nigar Rəfibəyli görkəmli siyasi xadim olmuş, bir çox xalqların həyatında gedən milli azadlıq mübarizəsini əks etdirən əsərlər yazmış, Avropa və rus ədəbiyyatından tərcümələr etmişdir. Xaqaninin, Məhsəti Gəncəvinin, Ömər Xəyyamın rübailərini fars dilindən doğma dilimizə çevirmişdir.
Yaradıcılığı dövründə Nigar Rəfibəyli xidmətlərinə görə “Şərəf” nişanı ordeni və medallarla təltif olunmuş, xalq şairi kimi yüksək ada layiq görülmüşdür.