Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə “açıq qapı”

19 aprel 2014 | 15:00

18 aprel 2014-cü il tarixdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə “açıq qapı” günü elan edilmiş və Muzeyin zalında rayonun ziyalı təbəqəsi ilə geniş müşavirə təşkil olunmuşdur. Müşavirədə çıxış edən R.Baloğlanov, S.Zülfiyev ölkədə və rayon ərazisində olan tarix və mədəniyyət abidələri haqqında geniş məlumat vermişlər. Tədbirdə iştirakçılar həmçinin rayonun tarixi, mədəniyyəti, tarixi abidələrin hazırkı vəziyyəti və ölkə Prezidentinin tarix və mədəniyyət abidələri ilə bağlı müvafiq sərəncam və tapşırıqları barədə informasiya almışlar.

Keçidlər