Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyev Azərbaycan həqiqətlərinin, tarixi keçmişimizin, mədəni irsimizin dünyada tanıdılmasının alovlu carçısı, mahir təşkilatçısı idi

28 aprel 2014 | 15:00

YAP İsmayıllı rayon təşkilatı  Mollaisaqlı kəndində məktəb kollektivi, ilk təşkilatın üzvləri və kənd ağsaqqallarının iştirakı ilə “Ümummilli lider Heydər Əliyev  Azərbaycan həqiqətlərinin, tarixi keçmişimizin, mədəni irsimizin dünyada tanıdılmasının alovlu carçısı, mahir təşkilatçısı idi ” mövzusunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Mollaisaqlı kənd tam orta məktəbinin direktoru Fazil Muradov açmışdır.
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova çıxış edərək qeyd etdi ki, müasir Azərbaycan tarixinin 40 ildən artıq bir dövrünü əhatə edən mərhələ, bu dövrdəki ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrindəki dirçəliş xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər elmi-ictimai fikir tariximizə elmi düşüncənin müxtəlif sahələrinə aid orijinal ideyalar müəllifi kimi də daxil olmuşdur. Onun tarixi keçmişimizin öyrənilməsi, elmin, mədəniyyətin, iqtisadiyyatın, təhsilin inkişafı, təhsilin məzmununun zənginləşdirilməsi, praktik təsir gücünün artırılması ilə bağlı  əvəzsiz ideyaları ölkəmizə rəhbərliyinin hər iki dövründə öz bəhrələrini vermişdir.
Həm dövlətin başçısı, həm də vətənpərvər bir insan, Böyük Azərbaycanlı kimi Heydər Əliyevin milli mədəniyyətə, mənəvi irsə göstərdiyi hörmət, verdiyi dəyər onun toxunduğu hər bir sahədə özünü göstərmişdir. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”.
YAP rayon təşkilatının şura üzvü Həşim Həşimov, kənd ağsaqqalları Baba Babayev, Cahan İsmayılov, Zinhar Bağıyev, İldırım Məsimov, Mollaisaqlı kənd tam orta məktəbinin tarix müəllimi Vüqar Gidayev çıxış edərək qeyd etdilər ki, Ulu öndər Heydər Əliyev  Azərbaycanın özü qədər əbədi olan şəxsiyyətidir. Onun uzaq görən siyasəti sayəsində Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, Vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Onun çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmırdı, bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdu.
Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmiş, məktəblilərin ifasında şer səsləndirilmişdir.

Keçidlər