Pakistan İslam Respublikasının nümayəndə heyəti İsmayıllıda olmuşdur
30 aprel 2014 | 15:00
Azərbaycan Respublikası Gənclər və İdman Nazırliyinin xətti ilə Pakistan İslam Respublikasından 8 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bu gün İsmayıllı rayonunda olmuşlar. Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Ağayev, Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov və Olimpiya İdman Kompleksinin müdiri Tofiq Hümbətov qonaqları İsmayıllı Olimpiya İdman kompleksinə qarşılamışlar. Qonaqlara rayonun sosial-iqtisadi haqqında ümumi məlumat, idmançıları və idman qrupları haqqında zəngin məlumat verilmişdir. Qonaqlar rayonda gedən işlərdən, yeniliklərdən, insanların qonaqpərvərliyindən, Olimpiya İdman Kompleksində işlərin təşkilindən razı qalmışlar.