İsmayıllı Tarix-Diyarşünaslıq muzeyində seminar keçirilmişdir
1 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət təşkilatılarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının və sosial müdafiəsinin inkişafında vətəndaşların rolunun artırılması” mövzusunda seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə RİH-nin baş məsləhətçi Gülnarə Mirzəliyeva açdı və sözü İctimai Birliyin sədri Rahilə Mehdiyevaya verdi. R.Mehdiyeva layihə haqqında geniş məruzə etdi. Sonra İsmayıllı rayonunda gedən sosial-iqtisadi inkişaf və quruculuq işləri haqqında RİH baş məsləhətçi Murad Məhərrəmov məlumat verdi. Lahiyə ətrafında şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Şirinbəyim Atayeva, Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva, İsmayıllı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Mayıl Fərəcov, Heydər Əliyev Mədəniyyət mərkəzinin direktoru Təhmiraz Bayramov təkliflərini irəli sürdülər. Tədbirin sonunda Rəhilə Mehdiyeva yaradılan şəraitə görə rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirdi.