Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir.
İsmayıllı rayon Olimpiya İdman Kompleksində İsmayıllı rayon Gənlər və
İdman idarəsi, Olimpiya İdman Kompleksi və Gənlərin antinakomaniya İB-nin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə 2000-2002-ci il və 2003-2005 -ci il təvəllüdlü
idmançılar arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir. Yarışı giriş
sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək
bildirdi ki, Ümummilli lider gənclərə və idmançılara həmişə diqqət və qayğı
göstərmişdir. Həmin qayğının nəticəsidir ki , bu gündə idmançılarımız
respublika, Avropa və dünya çempionatlarinda həmişə yüksək nəailiyyətlər
göstərirlər. Sonra OİK-nin direktoru Tofiq Hümbətov, gənclərin
antinakomaniya İB-nin sədri Qüdrət Kazımov və cüdo üzrə məşqçi müəllim
Əkbər Şəfaqətov çıxış edərək idmançılara uğurlar arzuladılar. Açıq rayon
birinciliyində Baki şəhərindən 3, Sumqayıt səhərindən 1, Bərdə rayonundan
1, Qəbələ rayonundan 1, Göyçay rayonundan 1, Laçın rayonundan 1 və İsmayıllı rayonundan 6 qrup yarişda iştirak edirdi. Ümumilikdə yarışda 300-ə yaxin idmançı iştirak edib. Yarışda qalib olan idmançılar İsmayıllı rayon Gənclər və İdman idarəsinin kubok, medal və diplomlari ilə mükafatlandırılıblar.